» » » Hərbi attaşe: "Ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın inkişafı üçün çalışacağam"

Hərbi attaşe: "Ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın inkişafı üçün çalışacağam"

Hərbi attaşe: "Ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın inkişafı üçün çalışacağam"
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasında yeni təyin olunmuş hərbi attaşesi briqada generalı Zafer Ocak ilə görüşüb.

Dövlət Xidmətindən ucarliyiq.biza verilən məlumata görə, görüşdə hər iki ölkənin Silahlı Qüvvələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, ikitərəfli hərbi əməkdaşlığın əhəmiyyəti, regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyi məsələləri müzakirə edilib.

Hərbi attaşeni Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edən xidmət rəisi ona iki ölkənin Silahlı Qüvvələri arasında əlaqələrin genişləndirilməsi istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan Respublikasında hərbi attaşe kimi fəaliyyətə başlamasından məmnun olduğunu bildirən Zafer Ocak ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın inkişafı üçün çalışacağını vurğulayıb.