» » » Türkiyənin Dənizli şəhərində Xocalı soyqırımı qurbanlarına həsr olunan park salınıb

Türkiyənin Dənizli şəhərində Xocalı soyqırımı qurbanlarına həsr olunan park salınıb

Türkiyənin Dənizli şəhərində Xocalı soyqırımı qurbanlarına həsr olunan park salınıb
Türkiyənin Dənizli şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan "Azərbaycan-Qarabağ" parkı salınıb.

ucarliyiq.biz "Hüriyyət"ə istinadən xəbər verir ki, ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı tərətdikləri soyqırım qurbanlarının xatirəsinə həsr olunan parkın açılış mərasimi noyabrın 4-də keçiriləcək.

Park şəhərin mərkəzində Əli Marım bulvarında yerləşir. Açılışda Dənizli Böyükşəhər Bələdiyyəsinin sədri Osman Zolan və Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva iştirak edəcək.