» » » ABŞ səfiri seçki nəticələrinin Azərbaycanla münasibətlərə necə təsir edəcəyinə dair fikir bildirib

ABŞ səfiri seçki nəticələrinin Azərbaycanla münasibətlərə necə təsir edəcəyinə dair fikir bildirib

ABŞ səfiri seçki nəticələrinin Azərbaycanla münasibətlərə necə təsir edəcəyinə dair fikir bildirib
"Bu gün biz amerikalılar üçün həyəcanlı gündür. Onu da bildirim ki, demokratiya yalnız seçkilər demək deyil".

ucarliyiq.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

R.Sekuta Amerikada seçicilərin bir hissəsinin siyahıdan çıxarılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib:

"Mən belə bir xəbərə rast gəlməmişəm. Həmçinin ABŞ mediasında da belə bir məlumat yoxdur".

Səfir seçkilərin nəticələrinin ABŞ-Azərbaycan münasibətlərinə necə təsir edəcəyinə dair də fikir bildirib:

"Yeni komandaya kimin rəhbərlik edəcəyini bilmirik. O, gələndən sonra həmin komanda öz siyasətini müəyyən edəcək. Amma onu deyim ki, yanvarın 20-ə qədər prezident Barak Obama olacaq".