» » » Aİ və Azərbaycan arasında danışıqların aparılması üçün mandat verilib

Aİ və Azərbaycan arasında danışıqların aparılması üçün mandat verilib

Aİ və Azərbaycan arasında danışıqların aparılması üçün mandat verilib
Avropa İttifaqı Şurası Avropa Komissiyasına və Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəliyinə Aİ və Azərbaycan arasında yeni razılıq əldə olunması üçün danışıqlar aparılması ilə bağlı mandat verib.

ucarliyiq.biz Aİ-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni saziş 1996-cı ildə imzalanmış tərəfdaşlıq və əməkdaşlıq haqqında razılaşmanı əvəz etməlidir.

Yeni sənəd, həmçinin Aİ-nin və Azərbaycanın bu gün üzləşdiyi problemləri və qarşıya qoyulan məqsədləri nəzərə almalıdır.