» » » Azərbaycanın XİN başçısı Portuqaliyaya rəsmi səfərə gedib

Azərbaycanın XİN başçısı Portuqaliyaya rəsmi səfərə gedib

Azərbaycanın XİN başçısı Portuqaliyaya rəsmi səfərə gedib
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Portuqaliyaya rəsmi səfərə yola düşüb.

Bu barədə ucarliyiq.biza Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Səfər əsnasında nazir Elmar Məmmədyarovun Portuqaliyanın rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub.

Görüşlərdə ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığın genişləndirilməsi, iqtisadi-ticarət və parlamentlərarası əlaqələrin inkişafı kimi məsələlər müzakirə olunacaq.