» » » Azərbaycan qanunvericiliyinə hüquqi şəxslərin məsuliyyətə cəlb edilməsi ilə bağlı yeni fəsil əlavə olunur

Azərbaycan qanunvericiliyinə hüquqi şəxslərin məsuliyyətə cəlb edilməsi ilə bağlı yeni fəsil əlavə olunur

Azərbaycan qanunvericiliyinə hüquqi şəxslərin məsuliyyətə cəlb edilməsi ilə bağlı yeni fəsil əlavə olunur
Cinayət Prossesual Məcəlləsinə (CPM) hüquqi şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı yeni - "Hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat" adlı fəslin əlavə edilməsi təklif edilib.

ucarliyiq.bizun məlumatına görə, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında çıxış edən komitə sədri Əli Hüseynli məlumat verib.

Onun sözlərinə görə, 2012-ci ildə Cinayət Məcəlləsinə hüquqi şəxslərin cinayət məsuliyyəti ilə bağlı maddə əlavə olunsa da, CPM-də hüquqi şəxs barəsində cinayət hüquqi tədbirlərin tətbiq edilməsi ilə əlaqədar müddəa olmayıb. Bu da hüquqi şəxslərə qarşı cinayət materialının hazırlanmasında müəyyən problemlər yaradırdı.

CPM-də nəzərdə tutulan yeni fəsildə hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraatın xüsusiyyətləri, məhkəməyədək icraat, hüquqi şəxslərin nümayəndəsi və onların müdafiəçisi, həmçinin icraat zamanı müəyyən edilməli olan hallar, hüquqi şəxslər barəsində tətbiq oluna bilənəcək cinayət-hüquqi tədbirlərin təmin edilməsi və məhkəməyədək icraatın qurtarması, eləcə də məhkəmə baxışının xüsusiyyətləri ilə bağlı müddəalar nəzərdə tutulur.

Bu fəsildə hüquqi şəxs barəsində ibtidai və məhkəmə istintaqının obyektiv aparılması və düzgün qərar verilməsi üçün bütün müddəalar öz əksini tapıb.

Məcəlləyə təklif edilən dəyişikliklər layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.