» » » Səfir: "Koreya Respublikası Azərbaycan qaçqınlarının vəziyyətini çox gözəl başa düşür"

Səfir: "Koreya Respublikası Azərbaycan qaçqınlarının vəziyyətini çox gözəl başa düşür"

Səfir: "Koreya Respublikası Azərbaycan qaçqınlarının vəziyyətini çox gözəl başa düşür"
"Koreya Respublikası Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir və onun ərazi bütövlüyünü tanıyır".

ucarliyiq.biz xəbər verir ki, bunu Koreyanın Azərbaycandakı səfiri Kim Çanq Qyu bu gün jurnalistlərə açıqlamasında deyib.

"Koreya Azərbaycan torpaqlarının işğalı nəticəsində ev-eşiklərindən didərgin salınmış qaçqın və məcburi kökçün məsələsində ölkənizi çox gözəl başa düşür" - səfir bildirib.

Onun sözlərinə görə, Cənubi Koreya da ötən əsrin 50-ci illərində baş vermiş Koreya müharibəsi zamanı oxşar vəziyyətlə üzləşib və Şimali Koreyadan beş milyon qaçqını qəbul edib.

Kim Çanq Qyu səfirliyin bir neçə ildir azərbaycanlı qaçqın və məcburi köçkünlərə yardım göstərilməsi istiqamətində fəal çalışdığını, onlarla görüşlər keçirildiyini, yaşayış şəraiti ilə tanış olduqlarını deyib.

"Onlara tibbi yardım göstərilməsi proqramını həyata keçiririk, qaçqın və məcburi köçkün uşaqlar arasında müntəzəm olaraq müxtəlif müsabiqələr təşkil edirik, onların şəraitinin yaxşılaşdırılmasına çalışırıq. Eyni zamanda, səfirlik Beyləqan rayonunda azərbaycanlı məcburi köçkünlərin yaşadığı yerlərin su təminatının yaxşılaşdırılması istiqamətində layihəni həyata keçirmək niyyətindədir" - səfir bildirib.