» » » Azərbaycan və Fransa arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycan və Fransa arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycan və Fransa arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfər edəcək.

XİN-nin mətbuat xidmətindən ucarliyiq.biza verilən məlumata görə, səfər əsnasında nazir Elmar Məmmədyarov noyabrın 17-də Fransa xarici işlər və beynəlxalq inkişaf naziri Jan-Mark Eyrol ilə görüşəcək. Görüşdə Azərbaycan və Fransa arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesinin indiki vəziyyəti müzakirə olunacaq.