» » » ABŞ-ın dövlət katibi müavininin köməkçisi Yerevanda Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

ABŞ-ın dövlət katibi müavininin köməkçisi Yerevanda Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

ABŞ-ın dövlət katibi müavininin köməkçisi Yerevanda Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ABŞ dövlət katibi müavininin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Bricit Brink ilə Yerevanda görüşüb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, tərəflər iki ölkə arasında əlaqələrdən və onun inkişafından danışıblar.

Onlar həmçinin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Vyana və Sankt-Peterburq razılaşmalaının yerinə yetirilməsinə də toxunublar.