» » » Rusiya və Ermənistan Təhlükəsizlik şuralarının katibləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Rusiya və Ermənistan Təhlükəsizlik şuralarının katibləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Rusiya və Ermənistan Təhlükəsizlik şuralarının katibləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ermənistanlı həmkarı Yuri Xaçaturovla noyabrın 16-da Moskvada görüşüb.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı bir sıra məsələlər müzakirə edilib. Tərəflər Cənubi Qafqazdakı vəziyyətə toxunaraq, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki vəziyyət və münaqişənin dinc yolla həlli ətrafında fikir mübadiləsi aparıblar. Onlar həmçinin Rusiya ilə Ermənistan artasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsinin vacibliyini də qeyd ediblər.