» » » Millət vəkili: “Serj Sarqsyan ancaq bir halda Prezident İlham Əliyevə zəng edə bilər”

Millət vəkili: “Serj Sarqsyan ancaq bir halda Prezident İlham Əliyevə zəng edə bilər”

Millət vəkili: “Serj Sarqsyan ancaq bir halda Prezident İlham Əliyevə zəng edə bilər”
"Serj Sarqsayan ancaq bir halda Prezident İlham Əliyevə zəng edə bilər - öz qoşunlarını Azərbaycan ərazilərindən çıxartmağa hazır olduğunu bildirmək üçün".

ucarliyiq.biz xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə bildirib.

A.Mirzəzadənin sözlərinə görə, ötən gün Serj Sarqsyan növbəti dəfə dünya ictimaiyyətini aldatmağa çalışıb: "Dünən Ermənistan prezidenti Serj Sarqsyan Ermənistan və Azərbaycan prezidentləri arasında "qaynar xətt"in olmasını və atəşkəs pozularkən bir-birini xəbərdar edərək insidentin qarşısını birgə almağı təklif edib. Dünya yaxşı bilir ki, ortada Ermənistan tərəifindən Azərbaycan torpaqlarının bir hissəsinin işğal edilməsi faktı var və Azərbaycan Ermənistandan ərazi bütövlüyünün təmin edilməsini tələb edir. Bu torpaqlar isə 1991-1994-cü illərdə məhz Serj Sarqsyan Ermənistanın müdafiə naziri olarkən işğal edilib".

Millət vəkili vurğulayıb ki, dünyanın heç bir yerində işğalçı dövlətlə torpağı işğal edilən dövlət arasında atəşkəsin pozulmasını araşdırmaq mexanizmi yoxdur: "Nədənsə Sarqsyan bu "qaynar xətti" müdafiə naziri kimi torpaqlarımızı işağ edəndə təklif etmirdi. Ermənistan atşkəsin pozulmasını yox, Azərbaycan ərazilərindən öz qoşunlarını çıxartmağı düşünməlidir. O, yaxşı bilir ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün bütün mümkün üsullardan, o cümlədən hərbi yoldan da istifadə etməyi həmişə gündəlikdə saxlayır".

"Azərbaycan Prezidenti cənab İlham Əliyev demişkən "erməni əsgəri ölmək istəmirsə, o rədd olub Azərbaycan torpaqların çıxıb getməlidir" - A.Mirzəzadə bildirib.