» » » Bricit Brink: "Dağlıq Qarabağ münaqişəsi üzrə status-kvo qeyri-sabitdir"

Bricit Brink: "Dağlıq Qarabağ münaqişəsi üzrə status-kvo qeyri-sabitdir"

Bricit Brink: "Dağlıq Qarabağ münaqişəsi üzrə status-kvo qeyri-sabitdir"
"Aprel hadisələri Dağlıq Qarabağ münaqişəsi üzrə status-kvonun qeyri-sabit olduğunu göstərdi."

ucarliyiq.bizun RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ermənistandakı səfirliyində jurnalistlərlə görüş zamanı ABŞ-ın dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricit Brink deyib.

"Biz hesab edirik ki, status-kvo qeyri-sabitdir", - deyə Bricit Brink söyləyib.

O, danışıqların bərpa edilməsi və etimadın möhkəmləndirilməsi üzrə işlərin aparılmasının vacibliyini vurğulayıb.

"Münaqişənin nizama salınmasının Ermənistan üçün də müsbət nəticəsi olacaq", - deyə B.Brink xüsusi vurğulayıb.