» » » XİN rəsmisi: "İran və Azərbaycan arasında müntəzəm məsləhətləşmələr regional sabitliyə töhfə verəcək"

XİN rəsmisi: "İran və Azərbaycan arasında müntəzəm məsləhətləşmələr regional sabitliyə töhfə verəcək"

XİN rəsmisi: "İran və Azərbaycan arasında müntəzəm məsləhətləşmələr regional sabitliyə töhfə verəcək"
"Region ölkələri arasında, o cümlədən Azərbaycan və İran arasında müntəzəm məshətləşmələrin aparılması bölgədə sülhə və sabitliyə töhfə verə bilər".

ucarliyiq.biz "Tasnim"ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdollahyan Azərbaycanın bu ölkədəki səfiri Bünyad Hüseynovla görüşü zamanı deyib.

İranlı diplomatın sözlərinə görə, Suriyada davam edən böhran yalnız siyasi həll yolu ilə nizamlana bilər.

XİN başçısının müavini əlavə edib ki, bəzi regional oyunçuların terrorçulara hərbi və maliyyə dəstəyi verməsi Suriyadakı və ümumilikdə regiondakı vəziyyətin daha da pisləşməsinə gətirib çıxarıb. H.Ə.Abdollahyan məhz bu baxımdan region ölkələri arasında məsləhətləşmələrin zəruriliyini qeyd edib.