» » » Əli Həsənov: "Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazda ən güclü və hazırlıqlı ordu hesab olunur"

Əli Həsənov: "Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazda ən güclü və hazırlıqlı ordu hesab olunur"

Əli Həsənov: "Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazda ən güclü və hazırlıqlı ordu hesab olunur"
"Azərbaycan əhalisinin sayına müvafiq olaraq milli ordusunun say tərkibi, hərbi texniki vəziyyəti, hərbi hazırlığı və silahlanma keyfiyyəti həm Gürcüstandan, həm də Ermənistandan qat-qat yüksəkdir".

“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında Azərbaycanın geosiyasi inkişafının reallıqları və perspektivləri mövzusunda elmi məruzəsində çıxışı zamanı deyib.

"Bundan başqa, ordu quruculuğuna yönəltdiyi ümumi büdcə miqdarına görə də Cənubi Qafqazın lider ölkəsi Azərbaycandır. Eyni zamanda, Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazda ən güclü və hazırlıqlı ordu hesab olunur", - Prezidentin köməkçisi əlavə edib..