» » » Berlində Azərbaycan-Almaniya ikitərəfli hərbi əməkdaşlıq məsələləri üzrə məsləhətləşmə aparılıb

Berlində Azərbaycan-Almaniya ikitərəfli hərbi əməkdaşlıq məsələləri üzrə məsləhətləşmə aparılıb

Berlində Azərbaycan-Almaniya ikitərəfli hərbi əməkdaşlıq məsələləri üzrə məsləhətləşmə aparılıb
Almaniyada noyabrın 15-17-də bu ölkənin Müdafiə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin təmsilçiləri və Azərbaycanın Müdafiə Nazirliyinin nümayəndə heyəti arasında ikitərəfli görüş keçirilib, ikitərəfli hərbi əməkdaşlıq məsələləri üzrə məsləhətləşmə aparılıb.

Azərbaycanın Almaniyadakı səfirliyinin mətbuat xidmətindən ucarliyiq.biza verilən xəbərə görə, görüşdə ikitərəfli hərbi əməkdaşlığın indiki vəziyyəti və inkişaf perspektivləri, eləcə də görüləcək birgə tədbirlər nəzərdən keçirilib. Bu ilin nəticələri və ikitərəfli əməkdaşlıq proqramının nailiyyətləri ümumiləşdirilib, 2017-ci il üçün ikitərəfli əməkdaşlıq proqramının layihəsi tərtib olunub.

Tərəflər ikitərəfli əməkdaşlıq və hərbi təhsil sahəsində Azərbaycan-Almaniya birgə fəaliyyətini yüksək qiymətləndiriblər.