» » » Miqrasiya Məcəlləsində elektron vizanın verilməsi ilə bağlı dəyişikliklər edilib

Miqrasiya Məcəlləsində elektron vizanın verilməsi ilə bağlı dəyişikliklər edilib

Miqrasiya Məcəlləsində elektron vizanın verilməsi ilə bağlı dəyişikliklər edilib
Milli Məclis Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında qərar qəbul edib.

ucarliyiq.biz xəbər verir ki, qərar konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 21-ci bəndini rəhbər tutaraq qəbul olunub.

Qərara əsasən, Məcəllənin 38.5-ci maddəsi (Çap olunmuş elektron viza pasporta yapışdırılmır və dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən turist tərəfindən pasportla birgə təqdim olunur. Dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən pasportda və vizada şəxsin Azərbaycan Respublikasının ərazisinə daxil olması və Azərbaycan Respublikasının ərazisini tərk etməsi barədə qeyd aparılır) ləğv edilib, 38.6-cı və 38.7-ci maddələr isə aşağıdakı redaksiyada verilib:

“38.6. Elektron vizanın verilməsi ilə bağlı müraciət qəbul edildikdən sonra ən geci 3 iş günü müddətində “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahıları üzrə yoxlama aparılır, imtina üçün əsas olmadıqda viza rəsmiləşdirilərək müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilir. Viza verilməsindən imtina edildikdə, müraciət etmiş şəxsin elektron poçt ünvanına bu barədə məlumat göndərilir.

38.7. “ASAN Viza” sistemi elektron vizaların verilməsi və ya verilməsindən imtina ilə bağlı məlumatları, habelə elektron müraciət formasında nəzərdə tutulan məlumatları “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin “Viza” altsistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanına göndərir.”.