» » » Hakim haqqında cinayət təqibi ilə bağlı Baş prokurorun təqdimatına baxılması müddəti qısaldılır

Hakim haqqında cinayət təqibi ilə bağlı Baş prokurorun təqdimatına baxılması müddəti qısaldılır

Hakim haqqında cinayət təqibi ilə bağlı Baş prokurorun təqdimatına baxılması müddəti qısaldılır
Azərbaycanda hakim haqqında cinayət təqibi ilə bağlı Baş prokurorun təqdimatına baxılması müddəti qısaldılıb.

“Report”un xəbərinə görə, bununla bağlı "Məhkəmə və hakimlər haqqında" qanunun 101-ci maddəsinə (hakimlərin toxunulmazlığı) dəyişiklik edilməsi təklif edilir.

Dəyişiklik layihəsinə əsasən, hakim haqqında cinayət təqibinin həyata keçirilməsinə razılıq verilməsi barədə Azərbaycan Baş Prokurorunun təqdimatına daxil olduğu gündən 72 saat müddətində baxılacaq.

Hazırda bu müddət 10 gündür.

Qeyd edək ki, "Məhkəmə və hakimlər haqqında" qanuna əsasən, hakimi cinayət başında tutmuş cinayət təqibi orqanı bu barədə dərhal Baş prokurora məlumat verir. Baş prokuror hakim barəsində cinayət təqibinin həyata keçirilməsi üçün əsaslar müəyyən etdikdə dərhal Məhkəmə Hüquq Şurasına bu barədə təqdimat verir. Məhkəmə Hüquq Şurası hakimin tutulduğu andan 24 saat müddətində onun barəsində cinayət təqibinin həyata keçirilməsinə dair təqdimata Baş prokurorun və ya onun müavininin iştirakı ilə baxır, həmin təqdimatın təmin və ya rədd edilməsi haqqında qərar qəbul edir. Bu qərar dərhal Baş prokurora təqdim edilir.

Məhkəmə Hüquq Şurasının razılığı olduqda, cinayət başında tutulmuş hakim barəsində cinayət təqibi cinayət-prosessual qanunvericiliyinə uyğun olaraq davam etdirilir. Belə razılıq olmadıqda cinayət başında tutulmuş hakim dərhal azad edilir.

Dəyişiklik layihəsi Milli Məclisin noyabrın 29-da keçirləcək plenar iclasında müzakirəyə çıxarılacaq.