» » » ATƏT-in sammiti gələn il Vyanada keçiriləcək

ATƏT-in sammiti gələn il Vyanada keçiriləcək

ATƏT-in sammiti gələn il Vyanada keçiriləcək
“Bu ilin mayında Vyana ATƏT-in sammitinə ev sahibliyi edəcək".

“Report” xəbər verir ki, bunu Avstriyanın xarici işlər naziri Sebastyan Kurts “Armenpress”ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Avstriya Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanla Ermənistan arasında vasitəçilik etməyə hazırdır: “Ancaq bu təşəbbüs haqda danışmaq hələlik tezdir. Bu, daha çox regionda hadisələrin inkişafından asılıdır. Əgər Azərbaycan və Ermənistan istəsə, biz görüşü təşkil etməyə hazırıq”.

Qeyd edək ki, ATƏT-in sammiti 2010-cu il dekabrın 1-2-də Qazaxıstanın paytaxtı Astanada keçirilib.