» » » UNİCEF: Milyonlarla azərbaycanlı uşağın həyatının yaxşılaşdırılmasının şahidi oluruq

UNİCEF: Milyonlarla azərbaycanlı uşağın həyatının yaxşılaşdırılmasının şahidi oluruq

UNİCEF: Milyonlarla azərbaycanlı uşağın həyatının yaxşılaşdırılmasının şahidi oluruq
"Son illərdə milyonlarla azərbaycanlı uşağın həyatının yaxşılaşdırılmasında əhəmiyyətli irəliləyiş baş verdiyinin şahidi olmuşuq."

UNİCEF-in Bakıdakı ofisindən ucarliyiq.biza verilən məlumata görə, bunu UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Carvardine deyib.

Onun sözlərinə görə, bu gün, Ümumdünya Uşaqlar Günündə Azərbaycan öz tarixinə yeni və möhtəşəm səhifələr yazmağa davam edir.

“Uşaqların potensialını inkişaf etdirmək və onlara öz ailələrinin, cəmiyyət və xalqlarının gələcəyinə davamlı şəkildə töhfə vermək imkanı yaradacaq bacarıq və imkanlar bəxş etmək öhdəliyi götürməklə hər bir uşağın hüquqlarının həyata keçirilməsi bütün ölkələrin dayanıqlı artım və inkişafı üçün olduqca vacib əhəmiyyət daşıyır. Keçmişdə əldə edilən uğurlardan hələlik tam şəkildə yararlanmamış uşaqlardan başlayaraq, hər bir uşağa kömək etsək, Konvensiyanın hər bir uşaq üçün reallığa çevrilməsi üçün daha çox iş görə bilərdik” - UNİCEF-in nümayəndəsi bildirib.

E.Carvardine vurğulayıb ki, biz Azərbaycanda ilk növbədə ən həssas vəziyyətdə olan uşaqlara kömək etmək yalnız məhrumiyyətlər içində olan uşaqlara təsir göstərməyəcək, həmçinin digər uşaqlara da fayda verəcək.

Qeyd edək ki, Uşaq Hüquqları haqqında Konvensiyası 1989-cu ilin noyabrın 20-də BMT Baş Assambleya tərəfindən qəbul eilib. Azərbaycan UHK-ni 1992-ci ildə ratifikasiya edib.