» » » Bakıda MDB ölkələrinin gənclər sahəsində həyata keçircəyi tədbirlərin planı müzakirə olunub

Bakıda MDB ölkələrinin gənclər sahəsində həyata keçircəyi tədbirlərin planı müzakirə olunub

Bakıda MDB ölkələrinin gənclər sahəsində həyata keçircəyi tədbirlərin planı müzakirə olunub
MDB-yə üzv dövlətlərin Gənclərlə iş üzrə Şurasının Bakıda keçirilən iclasında MDB ölkələrinin Beynəlxalq Gənclər Əməkdaşlığı Strategiyası (BGƏS) müzakirə olunub.

ucarliyiq.biz xəbər verir ki, iclasda 2020-ci ilə qədər olan BGƏS çərçivəsində 2016-2017-ci illər üzrə Fəaliyyət Planının yerinə yetirilməsi üçün lazımi tədbirlər və 2018-2019-cu illər üzrə Fəaliyyət Planının layihəsinə dair fikir mübadiləsi aparılıb.

Şura sədri, Qazaxıstanın dini işlər və vətəndaş cəmiyyəti nazirinin müavini Abzal Nukenov bildirib ki, şura yalnız dövlətlərin gənclərinin inkişafı üçün unikal platforma yox, həm də beynəlxalq münasibətlər səviyyəsində yaxşı ənənələrin davam etdirilməsi üçün əsas olub.

Tədbir iştirakçıları Azərbaycanın gənclərlə iş üçün çox funksiyalı mərkəzlər olan gənclər evlərinin yaradılmasıyla bağlı müsbət təcrübəsini qeyd ediblər.

Tərəflər MDB ölkələrində gənclərin məşğul olduqları sahibkarlığın inkişafı üçün şəraitin yaradılmasını müzakirə ediblər. MDB ölkələrinin gənclərinin vəziyyətinə nəzarət etmək üçün daimi fəaliyyət göstərən beynəlxalq araşdırma mexanizminin yaradılması zərurəti vurğulanıb.

İclasda həmçinin 2017-ci il oktyabrın 14-dən 22-dək Rusiyanın Soçi şəhərində keçiriləcək XIX Ümumdünya Gənclər və Tələbələr Festivalı üçün hazırlıqların gedişatı müzakirə olunub.