» » » Məmnun Hüseyn: "Pakistan Dağlıq Qarabağ münaqişəsində Azərbaycana dəstəyini davam etdirəcək"

Məmnun Hüseyn: "Pakistan Dağlıq Qarabağ münaqişəsində Azərbaycana dəstəyini davam etdirəcək"

Məmnun Hüseyn: "Pakistan Dağlıq Qarabağ münaqişəsində Azərbaycana dəstəyini davam etdirəcək"
"Pakistan qardaş Azərbaycanla münasibətlərə böyük önəm verir."

ucarliyiq.bizun " Daily Times Pakistan"a istinadən verdiyi xəbərə görə, bu barədə "İDEAS-2016" müdafiə sərgisində iştirak edən Azərbaycan nümayəndə heyəti ilə görüşdə Pakistanın Prezidenti Məmnun Hüseyn deyib.

Azərbaycan nümayəndə heyətinin tərkibinə baş nazirin birinci müavini Yaqub Eyyubov və müdafiə sənayesi naziri Yavər Camalov daxildir.

Görüşdə həmçinin Pakistanın müdafiə naziri Rana Tanvir Hüseyn və müdafiə üzrə katib Səid Məhəmməd Aveys iştirak ediblər.

Pakistan prezidenti ticarət dövriyyəsinin artırılmasının vacibliyini söyləyib.

M.Hüseyn Cammu və Kəşmir münaqişələrində Pakistanı dəstəklədiyinə görə Azərbaycana minnətdarlığını bildirib.

O, Pakistanın Dağlıq Qarabağ münaqişəsində Azərbaycana dəstəyinini davam etdirəcəyini bildirib: "Pakistan münaqişənin ədalətli və sülh yolu ilə həllinin tərəfdarıdır".