» » » Fövqəladə hallar naziri Ağdamın Quzanlı qəsəbəsində vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Ağdamın Quzanlı qəsəbəsində vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Ağdamın Quzanlı qəsəbəsində vətəndaşları qəbul edəcək
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 25 noyabr 2016-cı il tarixində Ağdam rayonunun Quzanlı qəsəbəsində, Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

ucarliyiq.biz nazirliyin saytına istinadən xəbər verir ki, qəbulda yalnız Ağdam, Bərdə, Tərtər rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.