» » » Səfir: "Rumıniya Avropa İttifaqı və Azərbaycan arasında əlaqələrin inkişafını dəstəkləyir"

Səfir: "Rumıniya Avropa İttifaqı və Azərbaycan arasında əlaqələrin inkişafını dəstəkləyir"

Səfir: "Rumıniya Avropa İttifaqı və Azərbaycan arasında əlaqələrin inkişafını dəstəkləyir"
"Rumıniya və Azərbaycan arasında yaxşı əlaqələr var".

ucarliyiq.biz xəbər verir ki, bunu Rumıniyanın Azərbaycandakı səfiri Daniel Yanku jurnalistlərlə görüşündə deyib.

İki ölkə liderlərinin çoxsaylı səfərləri xatırladan D.Yanku insanlar arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd edib: "Rumınlar və azərbaycanlılar arasında çoxlu oxşarlıqlar var".

Ticarət dövriyyəsi barədə danışan D.Yanku 2015-ci ildə bu göstəricinin 161 milyon dollar təşkil etdiyini bildirib. O, həmçinin SOCAR-ın Rumıniyadakı fəaliyyətinə də toxunub və şirkətin ölkədə fəaliyyətini fəal şəkildə inkişaf etdirdiyini vurğulayıb.

Eyni zamanda səfir Rumıniyanın Avropa İttifaqı və Azərbaycan arasında əlaqələrin inkişafını dəstəklədiyini bildirib.