» » » Kanadalı analitik: "Ermənistan işğal olunmuş iki rayonu Azərbaycana qaytarmaq təklifindən imtina edib"

Kanadalı analitik: "Ermənistan işğal olunmuş iki rayonu Azərbaycana qaytarmaq təklifindən imtina edib"

Kanadalı analitik: "Ermənistan işğal olunmuş iki rayonu Azərbaycana qaytarmaq təklifindən imtina edib"
"Rusiya son illərdə Azərbaycana silah təchizatını artırmaqla Ermənistanı Rusiya-Ermənistan birgə hava hücumundan müdafiə sisteminin yaradılmasına razılaşmaq məcburiyyətində qoydu. Bu amil həm də Rusiyanın Ermənistanın 25 il əvvəl işğal etdiyi, Azərbaycanın ayırlmaz tərkib hissəsi olan Dağlıq Qarabağdakı münaqişənin nizamlanması (və ya həll edilməməsi) "açar"ını ələ keçirməsi deməkdir".

ucarliyiq.biz xəbər verir ki, bunu "The Prince Albert Herald" qəzetindəki məqaləsində Cənubi Qafqazdakı vəziyyəti təhlil edərkən kanadalı analitik, Karlton Universitetinin tətqiqatçısı Robert Katler yazıb.

Onun sözlərinə görə, Kreml regionda balansı qorumaq və Ermənistanı təsiri altında saxlamaq məqsədilə, Dağlıq Qarabağda sülh əldə edilməsi üçün yeni təkliflər irəli sürüb.

R.Katler qeyd edib ki, bu təklifə Azərbaycanın işğal olunmuş yeddi rayonundan ikisinin geri qaytarılması daxil idi, digər rayonların taleyi sonraya qalacaqdı. Analitik bildirib ki, Ermənistan əvvəlcə bu təklifi qəbul etsə də, sonradan torpaqları geri qaytarmaqdan imtina edib.

R.Katlerin sözlərinə görə, narahatlıq doğuran başqa məqam "Metsamor" AES-in təhlükəsizliyi məsələsidir: "1999, 2003, 2004, 2007, 2009, 2010 və 2014-cü illərdə Gürcüstan polisi radioaktiv maddələrin qanunsuz alverinə görə Ermənistan vətəndaşlarını həbs edib".

Analitik deyib ki, həmin şəxslər Ermənistana ekstradisiya ediləndən sonra yüngül cəza alıblar: "Özü də əvvəllər saxlanılanların bəziləri sonradan eyni ittiham üzrə yenidən həbs olunublar".