» » » Azərbaycanla Qətər arasında hərbi sahədə əlaqələrin inkişafı məsələləri müzakirə olunub

Azərbaycanla Qətər arasında hərbi sahədə əlaqələrin inkişafı məsələləri müzakirə olunub

Azərbaycanla Qətər arasında hərbi sahədə əlaqələrin inkişafı məsələləri müzakirə olunub
Müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 25-də Qətərin Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən Əl-Saai ilə görüşüb.

Bu barədə ucarliyiq.biza Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.
Azərbaycan-Qətər münasibətlərinin genişləndirilməsində ölkə rəhbərlərinin səylərini xüsusi vurğulayan nazir iki dövlət arasında hərbi sahədə də əlaqələrin uğurla inkişaf etdiyini deyib.
Diplomat isə öz növbəsində dost və qardaş olan Azərbaycanda səfir kimi fəaliyyətə başlamasından məmnun olduğunu, iki ölkə arasında əlaqələrin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə Azərbaycanla Qətər arasında mövcud əlaqələr, o cümlədən hərbi sahədə əməkdaşlığın perspektivləri, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.