» » » Aleksandr Lukaşenko: "Belarus öz müəssisələrində Azərbaycan neftinin emalında maraqlıdır"

Aleksandr Lukaşenko: "Belarus öz müəssisələrində Azərbaycan neftinin emalında maraqlıdır"

Aleksandr Lukaşenko: "Belarus öz müəssisələrində Azərbaycan neftinin emalında maraqlıdır"
"Ölkə öz müəssisələrində Azərbaycan neftinin emalında maraqlıdır".

ucarliyiq.biz "TASS" agentliyinə istinadən xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

"Bizim respublikamız hələ SSRİ vaxtlarından inkişaf etmiş neft-kimya kompleksinə malikdir. Bu müəssisələr dünya standartlarına uyğun yüksək texnologiya səviyyəsi ilə, neft hasilatının dərinliyi ilə və neft məhsullarının keyfiyyəti ilə səciyyələnir.

Xarici bazarlarda Belarus neft-kimyası məhsulunun 70 faizindən çoxu reallaşır. Buna görə Azərbaycan neftinin zavodlarımızda emalı bizim üçün böyük maraq kəsb edir", — deyə Lukaşenko bildirib.

Qeyd edək ki, Belarus prezidenti noyabrın 28-29-da Azərbaycana rəsmi səfərə gələcək.