» » » Kubanın Bakıdakı səfirliyində dövlət bayrağı endirilib

Kubanın Bakıdakı səfirliyində dövlət bayrağı endirilib

Kubanın Bakıdakı səfirliyində dövlət bayrağı endirilib
Kubanın Azərbaycandakı səfirliyində Kuba inqilabının lideri Fidel Kastronun ölümü ilə əlaqədar dövlət bayrağı endirilib.

Bu barədə ucarliyiq.biza Kubanın ölkəmizdəki diplomatik missiyasından məlumat veriblər.

Səfirlik, həmçinin xatirə kitabı açmağı da planlaşdırır.

Qeyd edək ki, Kubanın dövlət, siyasi və partiya lideri, 1959-2008-ci illərdə Kubaya rəhbərlik etmiş Fidel Kastro noybarın 26-da 90 yaşında vəfat edib.

Kuba hökuməti liderin ölümü ilə əlaqədar doqquz günlük matəm elan edib. Matəm dekabrın 4-də Fidel Kastronun cənazəsinin Santyaqo de Kuba şəhərindəki müqəddəs İfigeniya qəbiristanlığında dəfn edilməsiylə sona çatacaq.