» » » Ədliyyə Nazirliyi Qubad İbadoğlunun rəhbərlik etdiyi hərəkatı qeydə almaqdan növbəti dəfə imtina edib

Ədliyyə Nazirliyi Qubad İbadoğlunun rəhbərlik etdiyi hərəkatı qeydə almaqdan növbəti dəfə imtina edib

Ədliyyə Nazirliyi Qubad İbadoğlunun rəhbərlik etdiyi hərəkatı qeydə almaqdan növbəti dəfə imtina edib
Ədliyyə Nazirliyi Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatını qeydə almaqdan növbəti dəfə imtina edib.

Bu barədə “Report”a ADR sədri Qubad İbadoğlu məlumat verib.

O bildirib ki, cavab məktubunda ADR-in ali idarəetmə orqanı ilə bağlı qanunvericliyə düzgün əməl edilməməsi göstərilib: “Bu qeydin heç bir hüquqi əsası yoxdur”.

Q.İbadoğlu qeyd edib ki, nazirlik hərəkatın qeydə alınmasından dördüncü dəfədir, imtina edir.

Xatırladaq ki, ADR hərəkatı 2015-ci ilin fevralın 21-də təsis edilib.