» » » Maite Nkoana-Maşabene: "Cənubi Afrika Bakıda diplomatik nümayəndəlik açmağı planlaşdırır"

Maite Nkoana-Maşabene: "Cənubi Afrika Bakıda diplomatik nümayəndəlik açmağı planlaşdırır"

Maite Nkoana-Maşabene: "Cənubi Afrika Bakıda diplomatik nümayəndəlik açmağı planlaşdırır"
"Azərbaycan və Cənubi Afrika bir sıra sahələr, o cümlədən aviadaşınma sahəsi üzrə 7 memorandum imzalamağa hazırdır".

ucarliyiq.biz xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Cənubi Afrikanın beynəlxalq əlaqələr və əməkdaşlıq naziri Maite Nkoana-Maşabene brifinqdə deyib.

Xanım nazir həmçinin Cənubi Afrikanın Azərbaycanla diplomatik məsləhətləşmələrin dövlətlərarası səviyyəyə qədər artırılmasında maraqlı olduğunu qeyd edib: "Bu səfərin müsbət nəticələri var. Bu nəticələr üzərində işi davam etdirmək lazımdır".

Jurnalistlərin sualını cavablandıran M.Nkoane-Maşabane Cənubi Afrikanın Bakıda diplomatik missiya açmağı planlaşdırdığını bildirib.