» » » Əli Həsənov: "Nizami rayonunda yanğından zərər çəkən ailələrin yeni tikilən binaya köçürülməsi təklif olunacaq"

Əli Həsənov: "Nizami rayonunda yanğından zərər çəkən ailələrin yeni tikilən binaya köçürülməsi təklif olunacaq"

Əli Həsənov: "Nizami rayonunda yanğından zərər çəkən ailələrin yeni tikilən binaya köçürülməsi təklif olunacaq"
Bakı. 29 noyabr. REPORT.AZ/ Bakı şəhəri, Nizami rayonu ərazisində baş verən yanğından zərər çəkən ailələrə dəyən ziyanın aradan qaldırılması üçün müvafiq tədbirlər görüləcək.

Dövlət Komitəsindən “Report”a verilən xəbərə görə, bu barədə hadisə yerinə gələn Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri İlham Əliyevin təşəbbüsü ilə Sabunçu rayonu ərazisində həyata keçirilmiş pilot layihənin həmin əraziyə tətbiq edilməsi məsələsinə baxılacaq və həmin şirkətə orada yaşayan məcburi köçkün ailələrinin müvəqqəti olaraq kirayə mənzillərə köçürülməsi, şirkət tərəfindən çoxmənzilli yaşayış binası tikildikdən sonra həmin ailələrin yeni tikilən binaya köçürülməsi təklif olunacaq".

Xatırladaq ki, noyabrın 29-da gecə saat 03:49-da Bakı şəhəri, Nizami rayonu ərazisində Elşən Süleymanov küçəsində 21 məcburi köçkün ailəsinin məskunlaşdığı, tikintisi yarımçıq qalan binada yanğın baş verib. Hadisə nəticəsində Füzuli rayonunun Mirzənağılı kənd sakinləri Seymur Əkbər oğlu Babaşov, həyat yoldaşı Cəvahir Əlövsət qızı Babaşova və övladları Fərhad Seymur oğlu Babaşov, Elşad Seymur oğlu Babaşov vəfat edib və digər 2 məcburi köçkün ailəsinin mənzilinə də ziyan dəyib.