» » » Bu gün Moskvada MDB-nin Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək

Bu gün Moskvada MDB-nin Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək

Bu gün Moskvada MDB-nin Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək
Bu gün Moskvada MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının 71-ci iclası keçiriləcək.

ucarliyiq.biz xəbər verir ki, tədbirdə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın hərbi idarələrinin rəhbərləri, həmçinin MDB İcraiyyə Komitəsi, MDB-nin iştirakçı ölkələrinin Müdafiə Nazirləri Şurası Katibliyi, MDB-nin Antiterror Mərkəzi və MDB-nin Sərhəd Qoşunları Komandanlığı Şurasının Əlaqələndirmə Xidmətinin nümayəndələri iştirak edəcəklər.

İclas zamanı müdafiə nazirliklərinin qarşılıqlı fəaliyyət istiqaməti üzrə 20 müxtəlif məsələ nəzərdən keçiriləcək. Həmçinin 2016-cı ilə yekun vurulması və 2017-ci ilin birgə işini, eləcə də MDB MNŞ-nin yaradılmasının 25-ci ildönümü ilə bağlı tədbirin keçirilməsini planlaşdırmaq nəzərdə tutulur.

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov tədbirdə iştirak etmək üçün Moskvaya səfər edib.