» » » Prezident İlham Əliyev braziliyalı həmkarına başsağlığı verib

Prezident İlham Əliyev braziliyalı həmkarına başsağlığı verib

Prezident İlham Əliyev braziliyalı həmkarına başsağlığı verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Mişel Temerə başsağlığı verib.

“Report”un xəbərinə görə, başsağlığı mətnində deyilir:

“Hörmətli cənab Prezident,

Kolumbiyada sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həmvətənlərinizin həlak olması xəbəri məni son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Braziliya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.