» » » Səməd Seyidov: “AŞPA-nın qış sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni qaldıracağıq”

Səməd Seyidov: “AŞPA-nın qış sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni qaldıracağıq”

Səməd Seyidov: “AŞPA-nın qış sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni qaldıracağıq”
"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) gələn ilin yanvar ayında keçiriləcək qış sessiyasının gündəliyində Azərbaycanla bağlı birbaşa hansısa məsələ yoxdur. Lakin, bu, o demək deyil ki, Azərbaycan öz məsələlərini Avropa Şurasında müzakirə etməyəcək".

Bunu ucarliyiq.biza açıqlamasında AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

AŞPA-nın yanvar sessiyasının gündəliyinin məlum olduğunu xatırladan S.Seyidov qeyd edib ki, Azərbaycan nümayəndə heyətinin üzvləri bu dəfə də ölkənin əsas problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini diqqətə çatdıracaqlar: "Eyni zamanda, Azərbaycanda gedən prosesləri də AŞPA üzvlərinə çatdıracağıq".

Qeyd edək ki, AŞPA-nın qış sesiyası 2017-ci il yanvarın 23-27-də keçiriləcək.