» » » Əli Əsədov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Əli Əsədov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Əli Əsədov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Prezident İlham Əliyev Əli Əsədovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

ucarliyiq.bizun məlumatına görə, sənədə əsasən, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Əli Hidayət oğlu Əsədov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Əli Əsədov Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavinidir. Ə.Əsədov 1956-cı il noyabrın 30-da Bakı şəhərində anadan olub, bu gün onun 60 yaşı tamam olur.

Ə.Əsədov 1995-2000-ci illərdə Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.