» » » Tarif Şurasının qeyri-əhali istehlakçı qrupu üzrə təbii qazın qiymətinin diferensiallaşdırması ilə bağlı qərarı qüvvəyə minib

Tarif Şurasının qeyri-əhali istehlakçı qrupu üzrə təbii qazın qiymətinin diferensiallaşdırması ilə bağlı qərarı qüvvəyə minib

Tarif Şurasının qeyri-əhali istehlakçı qrupu üzrə təbii qazın qiymətinin diferensiallaşdırması ilə bağlı qərarı qüvvəyə minib
Azərbaycan Tarif Şurasının qeyri-əhali istehlakçı qrupu üzrə təbii qazın qiymətinin diferensiallaşdırması ilə bağlı qərarı qüvvəyə minib.

ucarliyiq.biz xəbər verir ki, Şuranın qərarına əsasən, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Qərarda bildirilib ki, diferensial tariflərin tətbiqi nəticəsində abonentlərin, o cümlədən aztəminatlı ailələrin təbii qaz üzrə ödənişlərində artım olmayacaq.

Şuranın qərarı ilə təbii qazın tarifi elektrik enerjisi istehsalı müəssisələri üzrə min kubmetr üçün 120 manat, qeyri-əhali istehlakçı qrupu üzrə isə 200 manat səviyyəsində təsdiq edilib.

Təbii qazın qeyri-əhali qrupu üçün 2016-cı ilin 1 dekabr tarixindən, əhali istehlakçı qrupu üzrə tarifləri 2017-ci ilin yanvar ayının 1-dən tətbiq olunacaq.