» » » XİN başçısı: "Bosniya və Herseqovina Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi çərçivəsində sülh yolu ilə həllinin tərəfdarıdır"

XİN başçısı: "Bosniya və Herseqovina Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi çərçivəsində sülh yolu ilə həllinin tərəfdarıdır"

XİN başçısı: "Bosniya və Herseqovina Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi çərçivəsində sülh yolu ilə həllinin tərəfdarıdır"
"Siyasi səviyyədə Azərbaycan və Bosniya və Herseqovina arasında yaxşı əlaqələr var, lakin biz həm də iqtisadi əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəldik".

ucarliyiq.biz xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bosniya və herseqovinalı həmkarı İqor Çrnadakla görüşdən sonra keçirdiyi brifinqdə deyib.

O, Bosniya və Herseqovinanın enerji sahəsində əlaqələrin qurulması üçün maraqlı olduğunu bildirib: "Eyni zamanda, nəqliyyat sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik. Çox güman, gələn ilin əvvəlində Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi başa çatacaq və bu, Bosniya üçün yeni imkanlar açacaq".

E.Məmmədyarov görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin də müzakirə edildiyini vurğulayıb. O, bütün siyasi platformalarda münaqişənin həll məsələsində Azərbaycana verdiyi dəstəyə görə, Bosniya və Herseqovinaya təşəkkür edib.

Öz növbəsində, Bosniya və Herseqovina xarici işlər naziri İqor Çrnadak iki ölkə arasında yaxşı əlaqələr olduğunu, bunu daha da möhkəmləndirmək istədiklərini bildirib.

İ.Çrnadak Bosniya və Herseqovinanın Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi çərçivəsində sülh yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu yaxınlarda məsələ ilə bağlı Bosniya parlamentində sənəd qəbul edilib.

Bosniya və Herseqovina XİN başçısı, həmçinin azərbaycanlı həmkarını Sarayevoya səfərə dəvət edib.