» » » Səfirlik: Mərakeş Afrikaya maraq duyan Azərbaycan üçün ideal tərəfdaşıdır

Səfirlik: Mərakeş Afrikaya maraq duyan Azərbaycan üçün ideal tərəfdaşıdır

Səfirlik: Mərakeş Afrikaya maraq duyan Azərbaycan üçün ideal tərəfdaşıdır
"Əlverişli regiona və siyasi təcrübəyə malik olan və bunu subut edən Mərakeş Afrikaya maraq duyan Azərbaycan üçün ideal tərəfdaşıdır".

ucarliyiq.bizun məlumatına görə, bu barədə Mərakeşin Azərbaycandakı səfirliyinin hazırladığı məqalədə deyilir.

"Bu baxımdan, hər iki ölkəni əməkdaşlığa təşviq etmək və bu istiqamətdə də münasibətləri genişləndirmək düzgün olardı", - deyə, məqalədə qeyd olunur.

Regional əlaqələrə gəldikdə, məqalədə vurğulanır ki, Mərakeş kralı Məhəmməd VI ölkənin sabitliyi, təhlükəsizliyi, rifahı və Afrika xalqlarının qardaşlıq mühitində yaşaması üçün, daha yaxşı şərtlərlə təmin etmək məqsədiylə Afrikanın inkişafında Mərakeşin önəmini bir daha təsdiq etdi: "Mərakeş, əhali sayısı 200 milyon olan və artmaqda da davam edən Şərqi Afrikada güclü kök salaraq öz mövqeyini qoruyur".