» » » Belarus prezidenti diplomatik missiyasının başa çatması münasibətilə Azərbaycan səfirini qəbul edib

Belarus prezidenti diplomatik missiyasının başa çatması münasibətilə Azərbaycan səfirini qəbul edib

Belarus prezidenti diplomatik missiyasının başa çatması münasibətilə Azərbaycan səfirini qəbul edib
"Belarus və Azərbaycan arasında güclü, fundamental əlaqələr yaradılıb".

ucarliyiq.biz "Stoliçnoe Televidenie" telekanalına istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko diplomatik missiyasının müddətinin başa çatması münasibətilə Azərbaycan səfiri İsfəndiyar Vahabzadəni qəbul edərkən deyib.

"Hesab edirəm ki, Belarus sizin üçün ikinci vətən olacaq" - Belarus lideri səfirlə görüşündə bildirib.

A.Lukaşenkonun sözlərinə görə, İ.Vahabzadənin Belarusda işlədiyi 6 il dövlətlər arasında münasibətlərdə ən coşqun dövr olub: "Bu müddət ərzində Belarus və Azərbaycan arasında güclü fundamental əlaqələr formalaşıb və buna görə sizə təşəkkür edirəm. Qəlbinizin bir parçası burada qalsa, şad olardıq. Həmin bu parça sizi hər zaman Belarusa doğru çəkəcək".