» » » Azərbaycan XİN başçısı: "Hamburqda görüşməyə hazır olduğumuzu bəyan etdik, ancaq Ermənistan tərəfdən cavab almamışıq"

Azərbaycan XİN başçısı: "Hamburqda görüşməyə hazır olduğumuzu bəyan etdik, ancaq Ermənistan tərəfdən cavab almamışıq"

Azərbaycan XİN başçısı: "Hamburqda görüşməyə hazır olduğumuzu bəyan etdik, ancaq Ermənistan tərəfdən cavab almamışıq"
"Ermənistandan səslənən bəyanatları izləyirik. Bu bəyanatlar sülh danışıqları prosesində mənfi rol oynayır".

ucarliyiq.biz xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan XİN-in mətbuat katibinin son bəyanatını şərh edərkən brifinqdə deyib.

"Hansı istiqamətdə danışıqlar apardığımız heç kimə sirr deyil. İlk növbədə, Ermənistan tərəfi tədricən işğal etdikləri ərazilərdən mərhələli şəkildə qoşunlarını çıxarmalıdır", - nazir əlavə edib.

Dağlıq Qarabağın statusunun müəyyən edilməsi barədə danışan E.Məmmədyarov bildirib ki, ilk növbədə statusu müəyyənləşdirməyə çalışsalar, bu, danışıqları məhv edəcək: "Əvvəlcə Azərbaycan icması öz doğma yerlərinə qayıtmalıdırlar. Azərbaycan icmasının tarixi torpaqlarından qovub status müzakirə etmək olmaz".

O, həmçinin Azərbaycan tərəfinin dəfələrlə imitasiya üçün danışıqlar aparmaq niyyətində olmadığını bildiridiyini qeyd edib: "ATƏT-in Xarici İşlər Nazirləri Şurası çərçivəsində Hamburqda görüşməyə hazır olduğumuzu bəyan etdik, ancaq Ermənistan tərəfdən cavab almamışıq. Bu onu göstərir ki, onlar danışıqlara hazır deyil".