» » » "Kösəm Sultan" bu səhnəyə görə cərimələndi - video

"Kösəm Sultan" bu səhnəyə görə cərimələndi - video

"Kösəm Sultan" bu səhnəyə görə cərimələndi - video
"Kösəm Sultan" bu səhnəyə görə cərimələndi - video. Reytinqdə ümidləri doğrultmayan "Kösəm Sultan"a daha bir zərbə gəlib.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, ölkənin ali televiziya qurumu olan RTÜK serialı cərimələyib:

"Oğlunun öldürüləcəyini anlayan Halime Sultanın Şahzadə Mustafanı saraydan qaçırdığı, ancaq mühafizəçilər tərəfindən saxlanılaraq zindana atıldığı, 4-5 yaşlı Mustafanın edamı üçün əllərində iplə cəlladların gəldiyi və uşağın anası ilə olan dialoqu faciəvi və dramatik şəkildə təqdim olunub... Tarixi və akademik tarixdən uzaq olmaqdan əlavə, balaca bir uşağın ailənin ən çox güvənilən yaxın üzvü, böyük qardaşı tərəfindən öldürülmək istənilməsi azyaşlı tamaşaçılara pis təsir edə bilər. ...Bu səhnədə qoruyucu simvoldan da istifadə edilsə, yayıma icazə verilməməlidir".

Bunu nəzərə alaraq Star TV keçən ayın reklam gəlirlərinin 1 faizi qədər cərimə edilib.