» » » "Uşaqlarımın mənim kimi olmasını istəmirəm" - video

"Uşaqlarımın mənim kimi olmasını istəmirəm" - video

"Uşaqlarımın mənim kimi olmasını istəmirəm" - video
"Uşaqlarımın mənim kimi olmasını istəmirəm" - video Aktrisa Ancelina Coli bu sənətə atasının ("Oskar mükafatlı Con Voyt) davamçısı kimi gəlib. Amma öz 6 uşağından heç birinin kinematoqrafiya sahəsində çalışmasını istəmir.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən məlumatına görə, Coli bu haqda "Kunq fu Panda" cizgi filminin səsləndirilməsində onunla birgə iştirak edən Cek Bleklə birgə qatıldığı "Today" proqramında deyib:

"Uşaqlarım karyeralarını Hollivuddan kənar bir sahədə davam etdirmək istəsələr, bundan xoşbəxt olaram. Onların mənim kimi olmasını istəmirəm. Ümid edirəm başqa bir şey seçərlər, amma aktyor olmağı çox istəsələr, olarlar".

Ancelina həyat yoldaşı Bred Pittin da onunla eyni fikirdə olduğunu deyib.

Qeyd edək ki, Ancelina-Bred cütlüyünün 9 yaşlı Şiloh, 7 yaşlı Vivyen və Knoks əkizlərindən başqa 14 yaşında Maddoks, 12 yaşında Paks və 10 yaşında Zahara adlı övladlıqları var.