» » » Kıvançdan anasına sürpriz - toydan ilk video

Kıvançdan anasına sürpriz - toydan ilk video

Kıvançdan anasına sürpriz - toydan ilk video
Kıvançdan anasına sürpriz - toydan ilk video.

Aktyor Kıvanç Tatlıtuğ dünən sevgilisi, stilist Başak Dizerlə Parisdə evlənib.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, sadəcə 40 nəfərin qatıldığı toy mərasimində Tatlıtuğ orada səhhəti pis olduğu üçün iştirak edə bilməyən anasına sürpriz edib. O, nikahı 3G sistemi ilə canlı şəkildə Nurten Tatlıtuğa nümayiş etdirib.

Mərasimdə Başakın nikah şahidləri ortağı Deniz Marşan və fotoqraf Tamer Yılmaz olub. Kıvançın şahidliyini isə "Ay Yapım"ın rəhbəri Kerem Çatay və aktyorun uzun illərdir birgə çalışdığı Qaye Sökmen edib.

Rəsmi mərasimdən sonra dəvətlilər partiyə qatılıblar. Kıvançın qardaşları Cem, Tuqay və həyat yoldaşı Ebru, aktrisa Sedev Avcı və əri, aparıcı İlker Ayrıl və xanımı, eləcə dəbir çox yaxınlar cütlüklər birgə əyləniblər. Həftəsonunu da Parisdə keçirəcək dəvətlilər daha sonra Türkiyəyə dönəcəklər. Yeni evlilər isə baş ayına davam edəcəklər.


Kıvançdan anasına sürpriz - toydan ilk video