» » » Ukrayna "Eurovision"da tatarca siyasi mahnı oxuyacaq - video

Ukrayna "Eurovision"da tatarca siyasi mahnı oxuyacaq - video

Ukrayna "Eurovision"da tatarca siyasi mahnı oxuyacaq - video
Ukrayna "Eurovision"da tatarca siyasi mahnı oxuyacaq - video

Ukrayna Stokholmda keçiriləcək "Eurovision 2016" mahnı müsabiqəsi üçün namizədini təsdiqləyib.

Ucarliyiq.biz - in müsabiqənin rəsmi saytına istinadən məlumatına görə, əsl adı Suzana Camaləddinova olan Camalə (Jamala) ölkə üzrə dünən keçirilən milli seçim turunda qalib gələrək təmsilçilik hüququnu qazanıb. O, səhnədə Krım tatarlarının 1944-cü ildə Orta Asiyaya deportasiyasından bəhs edən mahnı oxuyacaq. Mahnı ingiliscə, xor isə tatarca səsləndiriləcək.

Krım tatarı olan Camalə "1944" mahnısı ilə Ukrayna xalqından 380 mindən çox səs yığıb. Münsiflərdən də qənaətbəxş səs alan müğənni bir illik fasilədən sonra ölkəsini siyasi mahnı ilə təmsil edəcək.

Qeyd edək ki, 1944-cü il martın 18-də 200 min Krım tatarı zorla yarımadadan köçürülüb. O zaman tatarları faşist Almaniyası ilə əməkdaşlıqda ittiham edən Sovet diktatoru İosif Stalin bütöv xalqı cəzalandırmaq qərarına gəlmişdi. Ailəsi köçürülən Cəmalə də Qırğızıstanın Oş şəhərində dünyaya gəlib.