» » » Canlı efirdə etiraf etdi, polislər studiyanı basdı - video

Canlı efirdə etiraf etdi, polislər studiyanı basdı - video

Canlı efirdə etiraf etdi, polislər studiyanı basdı - video
Canlı efirdə etiraf etdi, polislər studiyanı basdı - video.

Aparıcı Müge Anlının proqramında qalmaqallı anlar yaşanıb.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, 19 yaşlı Emine Kızak dünyaya gətirdiyi uşağı ərinin internet üzərindən satdığını söyləyib.

Həyat yoldaşı İsmail Kızak da bunu qadınla birgə etdiyini etiraf edib:

"Emine tez-tez evdən qaçırdı. Ona görə boşamaq istədim".

M.Anlı onları dinlədikdən sonra "sizin ikinizin də müalicəyə ehtiyacınız var. Eminenin ailəsinə səslənirəm, bu qızı 16 yaşında necə ərə verdiniz" deyə etirazını bildirib. Uşağı internetdən 2500 lirəyə (təxminən 1300 manat) satdığını deyən İsmail körpənin sənədlərini də itirdiyini deyib. Müge bunun ardından "siz bəlkə uşağı öldürmüsüz" deyərək reklam fasiləsi verib.

Fasilədə polislər studiyaya girərək cütlüyü həbs edərək aparıb.