» » » "Oskar" aparıcısından irqçilik mesajı - video

"Oskar" aparıcısından irqçilik mesajı - video

"Oskar" aparıcısından irqçilik mesajı - video
"Oskar" aparıcısından irqçilik mesajı - video.

Dünyanın maraqla gözlədiyi "Oskar" mükafatları maraqlı məqamlarla yadda qalıb.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən məlumatına görə, gecənin aparıcısı qaradərili aktor Kris Rok nitqi zamanı "ağ insanların mükafatlandırma mərasimi kimi bildiyiniz gecə başladı" deyərk irqçilik mesajları verib:

"Bu 88-ci Oskar mükafatlarıdır. Niyə indi etiraz edirik? Çünki qaradərili namizədin olmadığı 82 mərasim keçirilib".

Mərasimdə bir qrup qaradərili uşağın səhnəcikləri, küçədə irqçilik mövzusunda sorğu da nümayiş olunub.

Qeyd edək ki, bu il də "Oskar" namizələrinin hamısının ağdərili olması mübahisələr yer açmışdı. Hətta bəzi məşhurlar mükafatı boykot edəcəklərini açıqlamışdı. #OscarsSoWhite heşteqi də bu məqsədlə açılmışdı.