» » » "O səs Türkiyə"də iki dəfə uğursuz oldu, amma... - video

"O səs Türkiyə"də iki dəfə uğursuz oldu, amma... - video

"O səs Türkiyə"də iki dəfə uğursuz oldu, amma... - video
"O səs Türkiyə"də iki dəfə uğursuz oldu, amma... - video

"O səs Türkiyə"də iki dəfə uduzan Derya Yıldırım adlı yarışmaçı eyni yarışmanın Fransa versiyasına qatılaraq uğur qazanıb.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, 2013-cü ildə "Sultan Süleyman"ı mahnısı ilə seçim turunu keçə bilməyən Derya daha əvvəl də yarışmaya qatıldığını və Zazdan "Je Veux" adlı mahnını səsləndirdiyini demişdi.

Hadisə, Murad Boz, Gökhan Özoğuz və Ebru Gündeş dönmədikləri üçün peşman olduqlarını demiş, Deryanı bir daha qatılmağa razı salmağa çalışmışdılar. Lakin o, bir daha "O səs Türkiyə"yə qatılmayacağını bildirmişdi.

3 il sonra Fransanın "Səs" yarışmasına qatılan qız "Christine and the Queens"in "Paradis Perdus" adlı mahnısını piaona çalaraq ifa edib. 19 yaşlı Yıldırım bütün münsifləri özünə tərəf dönərdməyi bacarıb. O, fransız müğənni, bəstəkar və keçmiş model Zazieni seçib.

Qeyd edək ki, azərbaycanlı Araz Hümbəti də bu il Fransanın "Səs" yarışmasında (La Voix France) dörd münifi döndürərək Zazieni seçmişdi.