» » » Cənubi azərbaycanlı müğənni Elzadan üzrxahlıq etdi - video

Cənubi azərbaycanlı müğənni Elzadan üzrxahlıq etdi - video

Cənubi azərbaycanlı müğənni Elzadan üzrxahlıq etdi - video
Cənubi azərbaycanlı müğənni Elzadan üzrxahlıq etdi - video . Əməkdar artist Elza Seyidcahanın “Tənha” mahnısı cənubi azərbaycanlı müğənni Rəhim Şəhriyari tərəfindən ifa olunub.

Ucarliyiq.biz - in məlumatına görə, R.Şəhriyari müəllif hüquqlarını pozaraq bəstənin özünə aid olduğunu qeyd etmişdi. Bu isə mahnının bəstəkarı Elza Seyidcahanın etirazına səbəb olmuşdu. Amerikada yaşayan Rəhim Səhriyari video-müraciət hazırlayaraq baş vermiş anlaşılmazlığa görə E.Seyidcahandan üzrxahlıq edib:

“Mən özüm əslən Ağdam-Füzuli bölgəsindənəm. Eşitdim Elza xanım məndən inciyib. Bu cür gözəl bəstəkar-şairə xanıma incimək yaraşmır. Bizdə - İranda “müəllif hüquqları” qanunu yoxdur. İstədiyimiz mahnını ifa edə bilirik. Ancaq insani qanunlar bizi sövq edir ki, müəllifin adını çəkək. Təəssüf, buna hər zaman imkan olmur. Xahiş edirəm, əsla narahat olmayın. Sizin mahnınızı sevə-sevə oxumuşam, adınızı da qeyd etmişəm. Ola bilər “Youtube”da belə qoyulub. Ancaq mahnının CD versiyasında adınız qeyd olunub”.

Elza Seyidcahan isə açıqlamasında məsələyə belə münasibət bildirib:

“Tənha” mahnısı mənim məşhur əsərlərimdəndir: sözləri Gülağa Tənhanın, musiqisi mənimdir. Bu yaxınlarda Rəhim Şəhriyarinin mahnımı müəllif adı qeyd olunmadan oxuduğunu dedilər, təəccüb etdim. Çünki indiyədək heç kimə kiminsə mahnısını oxuyanda müəllifin adını söyləməməyi yaraşdırmamışam. Rəhimim videosunu izləyəndən sonra bir qədər də kövrəldim ki, okeanın o tayında mənim mahnım onun tərəfindən necə sevilib, ifa olunub. Sadəcə anlaşılmazlıq olub. Heç bir musiqinin müəlliflərinin adını çəkməyi unutmasınlar”.

Qeyd edək ki, Rəhim Şəhriyari müğənni Nadir Qafarzadənin onun “Yavaş yeri” mahnısını müəllif adlarını qeyd etmədən icazəsiz oxuduğunu da bildirib.

Video “Kanal Baku”ya məxsusdur.