» » » "Kanal D"-nin məşhur serialı bu gecə bitir - video

"Kanal D"-nin məşhur serialı bu gecə bitir - video

"Kanal D"-nin məşhur serialı bu gecə bitir - video
"Kanal D"-nin məşhur serialı bu gecə bitir - video Türkiyənin Kanal D televiziyasının məşhur serialı "Güneşin kızları" bu gün ekranlara vida edir.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, erkən final qərarı açıqlanan ekran işinin final treyleri də artıq neçə gündür ki, yayılıb.

Qeyd edək ki, baş rollarında Emre Kınay, Evrim Alasya, Tolga Sarıtaş, Burcu Özberk, Berk Atan və Hande Erçelin çəkildiyi ekran işi reytinqlərdə gerilədiyi üçün bitir. Daha əvvəl bazar ertəsi yayımlanan serial reytinqdə yaxşı nəticə qazanmadığı üçün şənbə gününə keçirilmişdi. Lakin burada da gözlənilən reytinqi verməyib.

Serial ekranda uğursuzluğa düçar olsa da, sosial mediada ən çox baxılan layihələrdəndir. Ekspertlərin fikrincə internetdə məşhur olan layihələr, televiziyada baxılmır.