» » » Doğuş: "Ancelina Coli ilə dünyanı gəzəcəkdim" - video

Doğuş: "Ancelina Coli ilə dünyanı gəzəcəkdim" - video

Doğuş: "Ancelina Coli ilə dünyanı gəzəcəkdim" - video
Doğuş: "Ancelina Coli ilə dünyanı gəzəcəkdim" - video

"MƏNİM QARŞIMDA ELƏSƏ, ONU DÖYƏRƏM"

Azərbaycanlı aparıcı Xoşqədəm Hidayətqızı ilə evli olan müğənni Doğuş "Elifnağme" verilişinin qonağı olub.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, ifaçı şəxsi həyatı və yaradıcılığı ilə bağlı açıqlamalar verib. 19 ildir musiqi sahsində fəaliyyət göstərdiyini deyən Doğuş çox yaxında ata olacağını xatırladıb:

"Uşaqlıqda yaşadıqlarımı yalnız övladlarım dünyaya gələndən sonra unuda bilərəm".

Müğənni hər səhər qalxıb dini inanclarını yerinə yerinə yetirdiyini vurğulayıb.

UNICEF-in bir layihəsində yer alacağını, ancaq əsəbi reaksiya verdiyi üçün bu layihənin ləğv olunduğunu bildirən ifaçı "Mən də insanam, yaşanan bəzi şeylər qarşısında özümü saxlaya bilmirəm. Məsələn, bəzi davranışlarıma görə çox konsertim ləğv olunub. Aktrisa Ancelina Coliylə həyata keçirib, onunla dünyaya gəzəcəyim layihə də ona görə alınmadı. Qadına və uşaqlara zorakılıq tətbiq edənlərin xəbərlərini oxuyanda dayana bilmirəm, ağzıma nə gəlsə, deyirəm. Əgər biri bu zorakılığı mənim gözüm qarşısında eləsə, onu döyərəm" deyib.

Doğuş meqastar Tarkanın son albomu haqda da fikirlərini bildirib:

"Aslanlar kimi oxuyub. Çox vəfalı adamdır, çətin günlərimdə mənə dəstək verməsini heç vaxt unutmaram".