» » » Bu aktyorlar "Kösəm Sultan"ı tərk edirlər - video

Bu aktyorlar "Kösəm Sultan"ı tərk edirlər - video

Bu aktyorlar "Kösəm Sultan"ı tərk edirlər - video
Bu aktyorlar "Kösəm Sultan"ı tərk edirlər - video

Aktyor Kadir Doğulu "Kösəm Sultan" serialını tərk edəcək.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, serialda "Mehmet Giray"ı canlandıran aktyor yeni mövsümdən etibarən başqa serialda görünəcək. 26-cı seriyada bitəcəyi gözlənilən ekran işi 29-cu seriyada mövsüm finalı edəcək.

Serialın iklinci mövsümdə davam edəcəyi isə hələ dəqiqləşməyib. Davam edərsə, sarayda IV Muradın hakimiyyəti günləri təsvir ediləcək.

Hər iki halda K.Doğulu başqa layihədə, Gökçe Bahadırla birgə "Beyaz Gece" serialında rol alacaq.

Qeyd edək ki, "Beyaz Gece" serialında Cansu Dere və Birkan Sokullunun çəkiləcəyi dəqiqləşdirilmişdi. Lakin B.Sokullu bu mövsüm "Hayat şarkısı" ilə tamaşaçıların qarşısına çıxdı.

Bu həftə Ekin Koçun canlandırdığı "Sultan Ahmet" də vəfat edəcək. Eləcə də "İskender"in edamıyla aktyor Berk Cankat da layihəni tərk edəcək.